66 ildən sonra OĞLUNU TAPDI  

18:42 23.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin Bentam şəhərindən olan 86 yaşlı İssi Karr 66 ildən sonra doğulan kimi ondan alınan oğlunu tapıb. Həmçinin nəvəsi ilə tanış olub.

Hafta.az Daily Mirror nəşrinə istinadla xəbər verir ki, Karr 20 yşı olanda oğlan uşağı dünyaya gətirsə də, valideynləri həmin uşağı ondan dərhal alıblar. Onlar qızlarının övladı olduğu halda ərə gedə bilməyəcəyini düşünüblər. Lakin Karr oğlunu bu illər ərzində unuda bilməyib. 1955-ci ildə dünyaya gətirdiyi oğlunu DNT testi ilə itkin valideyn və uşaqları tapan bir xidmət vasitəsi ilə axtarmaq qərarına gəlib. Qısa zamanda onun DNT testləri Kim Kartya adlı 43 yaşlı bir qadınla uyğunluq təşkil edib. Sonradan aydınlaşıb ki, bu qadın onun nəvəsidir. Sən demə Kim də atasını, Karrın oğlunu axtarırmış. Onlar səylərini birləşdirib Avstraliyada yaşayan oğulu da tapıblar. İndi hər üç ailə üzvü karantinin bitməsini, tezliklə bir araya gəlməyi səbrsizliklə gözləyir.